Menyu

Bu gün Bakının bir sıra ərazilərində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

Operativ Media
Bu gün Bakının bir sıra ərazilərində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

Paytaxtın Yasamal rayonunda elektrik enerjisinin verilişinin keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə bu gün Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində yerləşən Transformator Məntəqəsində (TM) təmir işləri aparılacaq.

Bu barədə Operativ Media-ya "Azərişıq" ASC-dən məlumat verilib.

Bununla əlaqədar Abbas Mirzə Şərifzadə, Akim Abbasov, Həsən bəy Zərdabi küçələrinin, eləcə də MİDA yaşayış kompleksinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Aparılacaq təmir-təftiş işləri ilə əlaqədar saat 10:00-dan 14:00-dək Nizami rayonunda Nizami Abdullayev və Qurban Sadiq küçələrinin bir hissəsində məhdudiyyət yaranacaq.

Həmçinin Xəzər rayonu Buzovna qəsəbəsində Məmməd Səid Ordubadi və Mirzəağa Əliyev küçələrində elektrik enerjisinin verilişində fasilə olacaq.

Aparılan yenidənqurma və təmir-bərpa işləri yekunlaşdıqdan sonra adıçəkilən ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin ediləcəklər.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər