Menyu

Azərbaycan Dünya Çempionatında hər komanda üzrə 9 idmançı ilə təmsil oluna bilər

Nicat Hüseynli
Azərbaycan Dünya Çempionatında hər komanda üzrə 9 idmançı ilə təmsil oluna bilər
1 dəq oxu

Azərbaycan Dünya Çempionatında hər komanda üzrə 9 idmançı ilə iştirak edə bilər. 

Operativ Media xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu məlumat verib. 

Onun sözlərinə görə kişilərdən ibarət milli komandamız üçün dünya reytinqində ilk 100-lükdə yer almaq baxımından hər hansı problem yoxdur. Lakin qadınlardan ibarət yığmamızın tam heyətlə Dünya Çempionatında iştirak edə bilməsi üçün bu meyar xüsusi əhəmiyyət daşıyırdı.

“Təşkilatçı ölkə kimi həm kişilər, həm də qadınlar arasında maksimum 9 idmançı ilə təmsil oluna bilərik. Hər çəki dərəcəsində isə ən çox iki idmançının iştirakına icazə verilir”, - deyə o, bildirib.

Əlaqəli Xəbərlər