Menyu

Hidayət Heydərovun Bakıdakı dünya çempionatında çıxış edəcəyi çəki dərəcəsi açıqlandı

Nicat Hüseynli
Hidayət Heydərovun Bakıdakı dünya çempionatında çıxış edəcəyi çəki dərəcəsi açıqlandı

Hidayət Heydərov Bakıdakı dünya çempionatında 73 kq çəki dərəcəsində çıxış edəcək.

Operativ Media xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasının (ACF) vitse-prezidenti Elnur Məmmədli açıqlama verib.

ACF rəsmisi Bakıda keçiriləcək dünya çempionatına həsr olunan mətbuat konfransında fikirlərini bölüşüb:

"Hidayət Heydərov Bakıdakı dünya çempionatında 73 kq çəki dərəcəsində çıxış edəcək. Elcan Hacıyevin iştirakı isə sual altındadır. O, əməliyyatdan sonra hazırda Yaponiyada təlim-məşq toplanışındadır. Komandanın heyəti daha sonra bəlli olacaq".

ACF-nin icraçı vitse-prezidenti Rəşad Rəsullu isə bildirib ki, hər bir idmançı heyətdə yer almaq üçün çalışmalıdır.

Xatırladaq ki, Hidayət Heydərov Çinin Sindao şəhərində keçiriləcək "Qran-pri"də 81 kq-da çıxış edib və bürünc medal qazanıb. Dünya çempionatı oktyabrın 4–11-i aralığında Milli Gimnastika Arenasında baş tutacaq.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər