Rəşad Rəsullu: Hakimlik fəaliyyətində ingilis dilini bilmək xüsusi əhəmiyyət daşıyır
Hakimlik fəaliyyətində ingilis dilini bilmək xüsusi əhəmiyyət daşıyır
Operativ Media xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu böyüklər arasında dünya çempionatına hazırlıq və təşkilatı məsələlərə həsr olunmuş mətbuat konfransında deyib.
O bildirib ki, hakimlik fəaliyyətində ingilis dilini bilmək xüsusi əhəmiyyət daşıyır. Təəssüf ki, bəzi beynəlxalq dərəcəli hakimlərimizin ingilis dili səviyyəsinin yetərli olmaması onların beynəlxalq arenada fəaliyyətinə müəyyən çətinliklər yaradır.
“Hazırda isə 25–27 yaş aralığında olan gənc hakimlərlə sistemli iş aparılır. Ötən il onların seçimi üçün çoxsaylı imtahanlar keçirilib və artıq 5–6 nəfər böyük potensial nümayiş etdirib. Hesab edirik ki, qarşıdakı 5–6 il ərzində onları beynəlxalq səviyyədə uğurla fəaliyyət göstərə biləcək hakimlər kimi yetişdirə biləcəyik”, - deyə o, bildirib.