Menyu

ACF rəsmisi: Hidayət Heydərov çəki sala bilmədiyi üçün iki dəfə cəzalandırılıb

Operativ Media
ACF rəsmisi: Hidayət Heydərov çəki sala bilmədiyi üçün iki dəfə cəzalandırılıb

Azərbaycanın olimpiya çempionu Hidayət Həydərov iki yarışda çəki sala bilmədiyi üçün cəzalanıb.

Operativ Media xəbər verirki, bu barədə Azərbaycan Cüdo Federasiyasının (ACF) icraçı vitse-prezidenti Rəşad Rəsullu mətbuat konfransında deyib.

ACF rəsmisi H.Heydərovun bu il iki turnirdə çəki sala bilmədiyi üçün yarışa buraxılmamasına münasibət bildirib:

"Bizim qaydalar hamı üçün eynidir. Hər qayda pozuntusunun ayrı cəzası var. Pul cəriməsi, təlim-məşqlərdən, hazırlıq proseslərindən kənarlaşdırıla bilərlər. Amma yüngülləşdirici məqamlar da nəzərə alınır. İdmançı etdiyi səhvi başa düşürsə, bunu düşünürük. Nizam-intizam bizim üçün önəmlidir. Hidayət çəkini niyə sala bilmədi? Səbəbi müəyyən etmişik. Bu istiqamətdə özü ilə birlikdə işləyirik. Hər ikisində Hidayət Heydərova cəza verilib. Bunu açıqlamaq istəmirik. Amma ən böyük cəzanı Hidayət Heydərov özünə verib. Biz onun ikiqat olimpiya çempionu olacağına şübhə etmirik".

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər