Menyu

Azərbaycan üzgüçüsü Sofiyada gümüş medal qazanıb

Şəfa Hüseynli
Azərbaycan üzgüçüsü Sofiyada gümüş medal qazanıb
1 dəq oxu

Bolqarıstanın paytaxtı Sofiyada keçirilən “Sofia Diving Cup” beynəlxalq turnirində Azərbaycanın suya tullanma üzrə yeniyetmələrdən ibarət milli komandasının üzvü Mehri Ağayeva gümüş medal qazanıb.

Federasiyadan Operativ Media-ya bildirilib ki, idmançı qızlar arasında E qrupunda 1 metr tramplindən tullanma yarışında 115,20 xal toplayaraq 15 iştirakçı arasında ikinci yeri tutub.

Qeyd edək ki, Mehri Ağayeva ötən il eyni yarışda və eyni növdə 72,95 xalla 11-ci olmuşdu.

İyulun 17-dək davam edəcək turnirdə 15 ölkədən 187 idmançı mübarizə aparır. Azərbaycan yarışda Alisa Hacıyeva, Ayla Hüseynova, Maqsud Tahirli, Mehri Ağayeva, Məhəmməd Hüseynov, Sofiya Ağayeva və Suada Tahirin yer aldığı 7 nəfərlik heyətlə təmsil olunur.

Əlaqəli Xəbərlər