Menyu

Birinci yarımildə Bakıda 2338 cinayət iş məhkəməyə göndərilib

Operativ Media
Birinci yarımildə Bakıda 2338 cinayət iş məhkəməyə göndərilib
1 dəq oxu

2026-cı ilin birinci yarımilində paytaxtın hüquq-mühafizə orqanlarının istintaq göstəriciləri açıqlanıb.

Operativ Media xəbər verir ki, bu barədə Bakı şəhər prokurorluğu orqanlarının cari ilin birinci yarımilinə həsr olunmuş geniş əməliyyat müşavirəsində məlumat verilib.

Bildirilib ki, hesabat dövründə Bakı şəhər prokurorluq orqanları tərəfindən 120 cinayət işinin ibtidai istintaqı tamamlanaraq, onlardan 70-i məhkəməyə göndərilib.

Paytaxtın daxili işlər orqanlarının istintaq qurumları tərəfindən isə 3148 cinayət işinin istintaqı başa çatdırılıb və onlardan 2338-i baxılması üçün müvafiq məhkəmələrə göndərilib.

Əlaqəli Xəbərlər