Dövlətə və vətəndaşlara dəymiş 6.4 milyon manatdan çox ziyan geri qaytarılıb
Operativ Media
Bakı şəhər prokurorluğu tərəfindən ibtidai istintaqı tamamlanmış cinayət işləri üzrə dövlətə, fiziki və hüquqi şəxslərə dəymiş maddi ziyanın böyük hissəsinin ödənilməsi təmin edilib.
Operativ Media xəbər verir ki, bu barədə Bakı şəhər prokurorluğu orqanlarının cari ilin birinci yarımilinə həsr olunmuş geniş əməliyyat müşavirəsində məlumat verilib.
Məlumata görə, cari ilin birinci yarısında vurulmuş ümumilikdə 8 milyon 777 min 740 manat məbləğində ziyanın 73,2%-i, yəni 6 milyon 432 min 712 manatının ödənilməsinə nail olunub.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma