08 Aprel 2023, 10:16
Xarici təhsil müəssisəsindən aldığı diplomu tanınmayan şəxslər nə etməlidir?
Xarici təhsil müəssisəsindən aldığı diplomu tanınmayan şəxslər nə etməlidir? şəkil
Xarici təhsil müəssisəsindən aldığı diplomu tanınmayan şəxslər nə etməlidir?

Məlum məsələdir ki, ölkəmizlə yanaşı xaricdə də təhsil alan tələbələrimizin sayı çoxdur. Hələ də bəzi tələbələrimiz var ki, xaricdə təhsillərini bitirdiklərinə baxmayaraq, onların diplomlarının taleyi sual altındadır.

Yeni qanunda olan dəyişikliyə görə, illər öncə diplomu tanınmayan şəxslər yenidən müraciət edə bilərmi? 

Mövzu ilə bağlı təhsil eksperti Kamran Əsədov “Operativ Media”ya  açıqlamasında qeyd edib ki, xarici ölkələrdə təhsil alan vətəndaş əgər tədris zamanı təhsil aldığı ölkə dilini bilmədiyi üçün diplomları tanınmamışdırsa, onlar yenidən müraciət edə bilərlər:

“Artıq onların diplomu avtomatik olaraq tanınacaq, müddət məsələsi ilə bağlı olan şəxslər yenidən müraciət edə bilərlər. İlk növbədə qeyd edim ki, hazırda Azərbaycandan kənarda 41 min azərbaycanlı təhsil alır və bunun böyük bir qismi qardaş Türkiyə Respublikasındadır.

İyirmi bir mindən çox gənc öz vəsaiti hesabına Türkiyədə təhsil alır.

Diplomların tanınması ilə bağlı 2021-ci-ildə yeni qanun qəbul edilib.

Mövcud qaydalara görə xarici ölkələrdə təhsil almış şəxslər həmin ölkənin ərazisində əyani təhsil zamanı semestr ərzində 90 gün, qiyabi təhsil zamanı isə 15 gün mütəmadi olaraq dərsdə iştirak etməlidir.

Yeni qaydalar kifayət qədər sadələşdirilib, xarici ölkələrdə təhsil alanların dil bilikləri yoxlanılmır. Yalnız hüquq, müəllimlik və mühəndislik ixtisaslarını bitirənlər Dövlət İmtahan Mərkəzinin təşkil edəcəyi imtahanda iştirak edəcək.

Qeyd edim ki, bu günə qədər tədris dilini yəni xarici ölkələrdə təhsil aldığı zaman dili bilməyən şəxslərin diplomlarının tanınmasından imtina olunmuşdur və onlar bu proseslə bağlı məhkəmələrə müraciət etmişdilər. Hazırki qərar onlara da şamil olunur.

Xarici ölkələrdə təhsil alan vətəndaş əgər tədris zamanı təhsil aldığı ölkə dilini bilmədiyi üçün diplomları tanınmamışdırsa, onlar yenidən müraciət edə bilərlər. Artıq onların diplomu avtomatik olaraq tanınacaq, müddət məsələsi ilə bağlı olan şəxslər yenidən müraciət edə bilərlər. Əvvəlki illərdə diplomu tanınmayan şəxslər 250 manat dövlət rüsumu ödəyib diplomların tanıda bilərlər”.

Ayşən Azadova

Son xəbərlər
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin kollektivi Şəhidlər xiyabanını ziyarət edib
Ararat Mirzoyan Moskvaya səfər edəcək
Azərbaycan Ordusunda 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar tədbirlər keçirilib
MEDİA-nın kollektivi Şəhidlər Xiyabanını ziyarət edib
ADY kollektivi Şəhidlər xiyabanını ziyarət edib
Azərbaycan Prezidenti 20 Yanvar faciəsi ilə bağlı paylaşım edib
20 Yanvar 2025, 16:14
Səbinə Əliyeva və Aparatın kollektivi Şəhidlər xiyabanını ziyarət edib
"Real Betis" "Mançester Yunayted"in braziliyalısı ilə anlaşdı