Menyu

Dünya çempionatlarının bütün final nəticələri: Braziliya zirvədədir

Operativ Media
Dünya çempionatlarının bütün final nəticələri: Braziliya zirvədədir

Futbol üzrə 23-cü dünya çempionatının həlledici final qarşılaşması iyulun 19-da, bazar günü baş tutacaq.

Operativ Media xəbər verir ki, indiyədək təşkil olunan dünya birinciliklərində ən çox çempionluq sevincini 5 dəfə kuboku başı üzərinə qaldıran Braziliya millisi yaşayıb. Güclülərin ilk üçlüyündə qərarlaşma sayına görə isə Almaniya yığması liderlik edir; almanlar ümumilikdə 12 dəfə mükafatçılar sırasına daxil ola biliblər.

​Mundialların tarixi boyu keçirilən bütün final qarşılaşmalarının nəticələri aşağıdakı kimidir:

​1930 — Uruqvay 4:2 Argentina

​1934 — İtaliya 2:1 Çexoslovakiya (əlavə vaxtda)

​1938 — İtaliya 4:2 Macarıstan

​1950 — Uruqvay 2:1 Braziliya (həmin il final mərhələsi dairəvi sistemlə keçirilib və bu görüş turnirin həlledici oyunu olub)

​1954 — Almaniya 3:2 Macarıstan

​1958 — Braziliya 5:2 İsveç

​1962 — Braziliya 3:1 Çexoslovakiya

​1966 — İngiltərə 4:2 AFR (əlavə vaxtda)

​1970 — Braziliya 4:1 İtaliya

​1974 — Almaniya 2:1 Niderland

​1978 — Argentina 3:1 Niderland (əlavə vaxtda)

​1982 — İtaliya 3:1 Almaniya

​1986 — Argentina 3:2 Almaniya

​1990 — Almaniya 1:0 Argentina

​1994 — Braziliya 0:0 (penaltilərlə 3:2) İtaliya

​1998 — Fransa 3:0 Braziliya

​2002 — Braziliya 2:0 Almaniya

​2006 — İtaliya 1:1 (penaltilərlə 5:3) Fransa

​2010 — İspaniya 1:0 Niderland (əlavə vaxtda)

​2014 — Almaniya 1:0 Argentina (əlavə vaxtda)

​2018 — Fransa 4:2 Xorvatiya

​2022 — Argentina 3:3 (penaltilərlə 4:2) Fransa

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər