Menyu

Qurban Qurbanov: "Komandamızın hələ də müəyyən çatışmazlıqları var"

Operativ Media
Qurban Qurbanov: "Komandamızın hələ də müəyyən çatışmazlıqları var"

Qurban Qurbanov UEFA Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyununda İslandiyanın "Vestri" klubunu 3:0 hesabı ilə məğlub etdikləri görüşdən sonra fikirlərini bölüşüb.

Operativ Media xəbər verir ki, “Qarabağ” ilk oyunda da eyni hesabla qalib gəldiyindən, iki qarşılaşmanın yekununda 6:0 hesablı üstünlüklə növbəti mərhələyə yüksəlib.

Qurban Qurbanov komandasının çıxışından razı qaldığını bildirib:

“Yaxşı oyun alındı. Uzun səfərə baxmayaraq, bu qələbə çox vacib idi. İki oyunda altı qol vurub heç bir top buraxmamağımız yaxşı nəticədir. Futbolçularımı təbrik edirəm. Bu, yalnız ilk mərhələ idi. Qarşıda bizi Bolqarıstanın ÇSKA komandası gözləyir. Sabahdan etibarən rəqibi daha ətraflı təhlil etməyə başlayacağıq. Daha yaxşı hazırlaşmalıyıq, çünki komandamızın hələ də müəyyən çatışmazlıqları var.”

Qurbanov əlavə edib ki, komandası əvvəlki oyunla müqayisədə daha səliqəli çıxış edib:

“Əvvəlki matçla müqayisədə bu gün daha diqqətli oynadıq. Hava şəraitini də nəzərə alsaq, futbolçular tapşırıqların öhdəsindən yaxşı gəldilər. Qarşıdakı oyuna qədər vaxtımız var və inanıram ki, həmin görüşə daha yaxşı formada çıxacağıq.”

Sonda təcrübəli mütəxəssis digər Azərbaycan təmsilçilərini də təbrik edib:

“Həmçinin "Sabah"ı və "Zirə"ni təbrik edirəm. Altı oyunda altı qələbə qazandıq. Bu nəticələr Azərbaycanın UEFA reytinqində xal ehtiyatını artırır. Bütün komandalarımıza uğurlar arzulayıram.”

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər