Menyu

"Milan"ın müdafiəçisi Premyer Liqaya qayıtmağa hazırlaşır

Əziz Əzizli
"Milan"ın müdafiəçisi Premyer Liqaya qayıtmağa hazırlaşır

​İtaliyanın "Milan" klubunun müdafiəçisi Pervis Estupinyan karyerasını İngiltərə Premyer Liqasında çıxış edən "Aston Villa"da davam etdirməyə yaxındır.

Operativ Media xəbər verir ki, bu barədə idman jurnalisti Nikolo Skira məlumat yayıb.

​Bildirilib ki, 28 yaşlı ekvadorlu futbolçu artıq İngiltərə təmsilçisi ilə 2031-ci ilə qədər nəzərdə tutulan müqavilənin şərtlərini razılaşdırıb. "Aston Villa" rəhbərliyi isə oyunçunun transferi ilə bağlı İtaliya klubu ilə danışıqları davam etdirir.

​P.Estupinyan 2025/2026-cı illər mövsümündə İtaliya komandasının heyətində bütün turnirlərdə 22 oyuna çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Müdafiəçi həmçinin 2026-cı il dünya çempionatında Ekvador yığmasının heyətində iki qarşılaşmada iştirak edib.

​Qeyd edək ki, təcrübəli oyunçu daha əvvəl "LDU Kito", "Granada", "Almeriya", "Malyorka", "Osasuna", "Vilyarreal" və "Brayton" kimi klubların da formasını geyinib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər