Menyu

Azərbaycan millisi Tacikistanla yoldaşlıq görüşü keçirəcək

Operativ Media
Azərbaycan millisi Tacikistanla yoldaşlıq görüşü keçirəcək
1 dəq oxu

Azərbaycan milli komandası UEFA Millətlər Liqasına hazırlıq çərçivəsində yoldaşlıq görüşü keçirəcək.

Operativ Media federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, A milli sentyabrın 23-də Tacikistan yığması ilə qarşılaşacaq. Oyun “Palms Sports Arena”da baş tutacaq.

Qeyd edək ki, A milli UEFA Millətlər Liqası çərçivəsində sentyabrın 27-də Litva ilə səfərdə, oktyabrın 1-də Lixtenşteyn, 4-də isə Litva ilə evdə qarşılaşacaq.

Əlaqəli Xəbərlər