Menyu

Dominik Soboslay "Liverpul" ilə yeni müqavilə imzalayıb

Operativ Media
Dominik Soboslay "Liverpul" ilə yeni müqavilə imzalayıb
1 dəq oxu

Macarıstanın milli komandasının yarımmüdafiəçisi Dominik Soboslay İngiltərənin "Liverpul" klubu ilə müqaviləsinin müddətini uzadıb.

​Operativ Media xəbər verir ki, bu barədə Mersisayd təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 25 yaşlı futbolçu ilə əldə olunan yeni razılaşmanın detalları rəsmi olaraq açıqlanmayıb. Lakin insayder-jurnalist Fabrisio Romanonun yaydığı məlumata görə, tərəflər arasında imzalanan yeni sözləşmə 2030/31 mövsümünün sonuna qədər qüvvədə olacaq.

​Macar futbolçu İngiltərə komandasına 2023-cü il iyulun 2-də transfer olunub. O, geridə qalan 2025/26 mövsümündə "Liverpul"un heyətində ümumilikdə 53 rəsmi qarşılaşmada meydana çıxaraq, 13 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb.

​Hazırda "Transfermarkt" portalı yarımmüdafiəçinin transfer dəyərini 100 milyon avro olaraq qiymətləndirir.

​Qeyd edək ki, "Liverpul" başa çatan 2025/26 mövsümündə İngiltərə Premyer Liqasında 60 xal toplayaraq turnir cədvəlinin beşinci pilləsində qərarlaşıb.

Əlaqəli Xəbərlər