Menyu

Ombudsman: "Yüksəliş" müsabiqəsi dövlət idarəçiliyində peşəkarlığın inkişafına xidmət edir

Operativ Media
Ombudsman: "Yüksəliş" müsabiqəsi dövlət idarəçiliyində peşəkarlığın inkişafına xidmət edir

"Yüksəliş" müsabiqəsi Azərbaycanın gələcəyinə qoyulan investisiyanın, insan kapitalına verilən strateji dəyərin və dövlət idarəçiliyində peşəkarlığın inkişafına xidmət edən milli siyasətin mühüm təzahürüdür.

Operativ Media xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (ombudsman) Səbinə Əliyeva altıncı "Yüksəliş" müsabiqəsinin final mərhələsinin açılış mərasimində deyib.

O bildirib ki, müasir dövr hüquqi bilik və idarəçilik bacarıqları ilə yanaşı, həm də etik məsuliyyət, sosial, iqtisadi və rəqəmsal transformasiyalara qarşı çevik və adaptiv yanaşma tələb edir:

"Bu baxımdan, insan kapitalının formalaşdırılması və inkişafı ölkəmizdə prioritet məqsədlərdən biri kimi müəyyən edilib. Bu müsabiqə ötən illər ərzində ölkəmizdə insan kapitalının inkişafına xidmət edən ən səmərəli layihələrdən birinə çevrilib. Bu təşəbbüs yalnız bilik və bacarıqların qiymətləndirilməsi mexanizmi deyil, eyni zamanda, inkişafyönümlü düşüncə və idarəçilik mədəniyyətinin, liderlik keyfiyyətlərinin və dövlətə xidmət məsuliyyətinin formalaşdırıldığı mühüm tərəqqi platformasıdır", - deyə o, bildirib. 

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər