FİFA üzvlərinin əksəriyyəti 2027-ci il seçkilərində Canni İnfantinonu dəstəkləyəcək
Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasına (FİFA) üzv olan dövlətlərin böyük hissəsi 2027-ci ildə keçiriləcək prezident seçkilərində qurumun hazırkı rəhbəri Canni İnfantinonun namizədliyini müdafiə edəcək.
Operativ Media xəbər verir ki, bu barədə "The Guardian" qəzeti öz mənbələrinə istinadən məlumat yayıb. Bildirilib ki, quruma üzv olan 211 ölkədən yalnız bir neçəsi İnfantinoya dəstək məktubu göndərməyib və həmin dövlətlər arasında Almaniya da var.
Canni İnfantino cari ilin aprel ayında ali futbol qurumunun rəhbəri postuna yenidən seçilmək niyyətində olduğunu bəyan edib. Hazırda o, seçkilərdə iştirak etmək istəyini bildirən yeganə funksionerdir. Qaydalara əsasən, namizədliklər noyabrın 18-nə qədər irəli sürülməlidir. Prezident seçkiləri isə 2027-ci ilin martında Mərakeşdə təşkil olunacaq konqres çərçivəsində baş tutacaq.
56 yaşlı italiyalı mütəxəssis ilk dəfə 2016-cı ilin fevralında keçirilən növbədənkənar konqresdə FİFA rəhbəri seçilib. O, bu vəzifədə korrupsiya qalmaqallarından sonra istefa verən isveçrəli Cozef Blatteri əvəzləyib. Canni İnfantino daha sonra 2019 və 2023-cü illərdə keçirilən seçkilərdə alternativsiz əsasla yenidən prezident postuna sahib çıxıb.