Menyu

Zinedin Zidan Fransa milli komandasının yeni baş məşqçisi olacaq

Operativ Media
Zinedin Zidan Fransa milli komandasının yeni baş məşqçisi olacaq

Fransalı mütəxəssis Zinedin Zidan Fransa milli komandasının baş məşqçisi vəzifəsinə təyin olunması ilə bağlı bütün şərtləri və köməkçi heyət məsələsini tam razılaşdırıb.

Operativ Media xəbər verir ki, bu barədə insayder Fabrisio Romano öz sosial şəbəkə hesabında məlumat yayıb. Bildirilib ki, "Zizu" ötən ilin dekabr ayından bəri bir neçə klubdan gələn təklifləri rədd edərək, yalnız Fransa yığmasının layihəsində yer almaq istədiyini çoxdan bəyan edib.

​Məlumata görə, fransalı mütəxəssisin rəhbərlik edəcəyi məşqçilər heyəti artıq tam formalaşdırılıb. Zinedin Zidan cari baş məşqçi Didye Deşamın postu ilə rəsmən vidalaşmasından sonra, yaxın günlərdə rəsmi müqaviləyə imza atacaq.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər