Menyu

"Qarabağ" - "CSKA Sofia" oyununun biletləri satışa çıxarılır

Operativ Media
"Qarabağ" - "CSKA Sofia" oyununun biletləri satışa çıxarılır

​UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Qarabağ" – "CSKA Sofia" qarşılaşmasının biletlərinin satış vaxtı və qiymətləri bəlli olub.

Operativ Media xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, biletlər iyulun 18-i saat 15:00-dan etibarən satışa təqdim ediləcək.

​Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq matç üçün standart biletlərin qiyməti yerindən asılı olaraq 5, 10, 15 və 20 AZN təşkil edir. VIP sektorlar üçün nəzərdə tutulan biletlər 50, 75 və 100 AZN-ə, VVIP zonasına aid biletlər isə 150 AZN-ə satılacaq. VVIP sektordan bilet alan azarkeşlər üçün xüsusi çay süfrəsi təşkil olunacaq.

​Biletlərin satışı eksklüziv olaraq "iTicket.az" saytı və mobil tətbiqi vasitəsilə həyata keçiriləcək. Onlayn alış zamanı problem yaranarsa, azarkeşlər "iTicket.az"ın rəsmi satış məntəqələrinə, "Park Bulvar" ticarət mərkəzində yerləşən "Qarabağ" FK-nın fan-şopuna və oyunun keçiriləcəyi arenanın kassalarına müraciət edə bilərlər. Arena rəhbərliyi saxta biletlərdən qorunmağı tövsiyə edib və stadiona girişin yalnız etibarlı QR kodlu biletlərlə mümkün olacağını xatırladıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər