Menyu

Azərbaycan güləşçisi reytinq turnirində ilk medalını əldə etdi

Operativ Media
Azərbaycan güləşçisi reytinq turnirində ilk medalını əldə etdi
1 dəq oxu

Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə reytinq turniri davam edir.

Operativ Media  xəbər verir ki, yarışın 3-cü günündə 3 güləşçimiz xalçaya çıxıb.

Birgül Soltanova (65 kq) rumıniyalı Mariya Pantiruya (13:5) qalib gəldikdən sonra 1/4 finalda amerikalı Riis Larramendiyə (4:6) məğlub olub.

B. Soltanova kanadalı Miki Roubottoma "tuş"la qalib gələrək bürünc medalı boynundan asıb. Bununla da güləşçimiz karyerasında ilk dəfə reytinq turnirində medal qazanıb.

Nigar Mirzəzadə (68 kq) türkiyəli dünya mükafatçısı və 2 qat Avropa çempionu Nesrin Başa uduzub – 0:10.

Yunan-Roma güləşində isə Məhəmməd Şükürzadənin (67 kq) debütü uğursuz alınıb. O, 1/8 finalda xorvatiyalı Dominik Etlingerlə bacarmayıb – 0:9.

Əlaqəli Xəbərlər