Menyu

3x3 basketbol üzrə Dünya Qadın Seriyasının Bakı mərhələsi başlayır

Operativ Media
3x3 basketbol üzrə Dünya Qadın Seriyasının Bakı mərhələsi başlayır

3x3 basketbol üzrə Dünya Qadın Seriyasının Bakı mərhələsi bu gün start götürür.

Operativ Media-nın məlumatına görə, Fəvvarələr Meydanında yarışda Azərbaycan millisi və "Neftçi SOCAR" komandası mübarizə aparacaq.

Milli komanda seçmə mərhələnin B qrupunda Benin və Braziliya yığmaları ilə üz-üzə gələcək. Qarşılaşmalar müvafiq olaraq saat 10:25 və 12:05-də start götürəcək. Qrup qalibi əsas raundun D qrupunda İspaniya və Avstriya ilə görüşəcək.

"Neftçi SOCAR" əsas mərhələnin A qrupunda Çexiyanın "Praqa" klubu və Litva millisi ilə münasibətlərə aydınlıq gətirəcək. Oyunlar saat 16:15 və 18:05-də olacaq.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər