Xırdalanda çoxmərtəbəli yaşayış binası yanıb
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.
Operativ Media xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.
Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.
"Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində onbeşmərtəbəli yaşayış binasının elektrik şaxtasında baş vermiş yanğın genişlənməsinə, o cümlədən mənzillərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində binanın şaxta boyunca elektrik naqilləri yanıb.
Təhlükəsizlik tədbirləri çərçivəsində 6-sı uşaq olmaqla ümumilikdə 18 nəfər bina sakini təxliyə olunub.
Xəsarət alan olmayıb.
Mənzillər və yaşayış binası yanğından mühafizə olunub", - məlumatda qeyd olunub.