Menyu

ANAMA kollektivi Heydər Əliyevin məzarını ziyarət edib

Operativ Media
ANAMA kollektivi Heydər Əliyevin məzarını ziyarət edib
1 dəq oxu

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) kollektivi Agentliyin təsis edilməsinin 28-ci ildönümü ilə əlaqədar Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib.

Operativ Media xəbər verir ki, Agentliyinin İdarə Heyəti və struktur bölmələrinin rəhbərləri Fəxri xiyabanda Heydər Əliyevin məzarını ziyarət edərək xatirəsini ehtiramla yad edib, məzarı önünə tər gül dəstələri qoyublar.

Ziyarətçilər daha sonra görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

Fotogalereya

Əlaqəli Xəbərlər