Menyu

Lionel Messi DÇ-2026-nın finalı öncəsi azarkeşlərə müraciət edib

Operativ Media
Lionel Messi DÇ-2026-nın finalı öncəsi azarkeşlərə müraciət edib

Argentina millisinin kapitanı və hücumçusu Lionel Messi dünya çempionatının final oyunu ərəfəsində komanda yoldaşlarına və azarkeşlərə müraciət ünvanlayıb.

Operativ Media xəbər verir ki, bu barədə ulduz futbolçu sosial şəbəkə hesablarında paylaşım edib. Müraciətdə bildirilir ki, bu illər ərzində ən gözəl məqam sadəcə qazanılan titullar deyil, həm də komandanın keçdiyi ümumi inkişaf yolu olub. Messi hər gün çətinlikləri birlikdə dəf etdiklərini, bu heyətlə birgə mübarizə aparmaqdan və hər andan zövq aldığını qeyd edib.

​Təcrübəli hücumçu bu seçmə komandanın böyük bir ailə kimi qalması üçün hər gün əlindən gələni edən bütün komanda yoldaşlarına, məşqçilər heyətinə və texniki personala minnətdarlığını bildirib. O, qarşıdakı matçın nəticəsindən asılı olmayaraq, bu komandanın artıq heç vaxt unudulmayacaq və silinməyəcək bir tarix yazdığını vurğulayaraq azarkeşləri komandanı dəstəkləməyə səsləyib.

​Qeyd edək ki, 2026-cı il dünya çempionatının Argentina və İspaniya yığmaları arasındakı final qarşılaşması iyulun 19-u saat 23:00-da ABŞ-nin Nyu-Cersi ştatının İst-Raterford şəhərindəki "MetLayf" stadionunda keçiriləcək. Həlledici görüşün baş hakimi sloveniyalı Slavko Vinçiç olacaq.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər