"Neftçi" PFK 2026/2027 mövsümü üçün yeni alternativ formasını təqdim edib
Operativ Media
"Neftçi" PFK-nın 2026/2027-ci illər mövsümündə istifadə edəcəyi "Bakı" adlı üçüncü oyun dəsti ictimaiyyətə nümayiş olunub.
Operativ Media xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, "Kappa" şirkəti tərəfindən eksklüziv olaraq hazırlanan sarı rəngli yeni forma Bakı şəhərinə, onun memarlıq irsinə və klubun tarixinə ithaf edilib.
Formanın dizaynında paytaxtın simvollarından olan Qız qalası ilə neft buruğunun təsvirlərini birləşdirən xüsusi ornamentdən istifadə olunub. Həmçinin formanın yaxa hissəsində klub ilə şəhər arasındakı tarixi bağı ifadə edən “Bakı – Neftçidir” şüarı yer alıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net