Menyu

Lamin Yamal Argentina ilə final matçı öncəsi uşaqlıq fotosunu paylaşıb - FOTO

Operativ Media
Lamin Yamal Argentina ilə final matçı öncəsi uşaqlıq fotosunu paylaşıb - FOTO
1 dəq oxu

İspaniya yığmasının 19 yaşlı vingeri Lamin Yamal dünya çempionatının həlledici qarşılaşmasından əvvəl sosial şəbəkə hesabında arxiv şəklini yayımlayıb.

​Operativ Media xəbər verir ki, gənc futbolçu uşaqlıq fotosuna “Sən və küçələr üçün” şərhini yazıb.

​Qeyd edək ki, bu gün dünya çempionatının finalında İspaniya və Argentina yığmaları üz-üzə gələcək. Bakı vaxtı ilə saat 23:00-da start götürəcək həlledici matç öncəsi Yamal cari turnirdə bir qolla yadda qalıb. O, qrup mərhələsində Səudiyyə Ərəbistanının 4:0 hesabı ilə məğlub edildiyi görüşdə rəqib qapısına yol tapıb.


Əlaqəli Xəbərlər