Lionel Messi dünya çempionatları tarixinə yeni rekordla düşüb
Operativ Media
Argentina millisinin kapitanı Lionel Messi dünya çempionatlarının finalında meydana çıxan ən yaşlı meydan oyunçusu kimi tarixə düşüb.
Operativ Media xəbər verir ki, ABŞ-nin İst-Raderford şəhərində yerləşən "Metlayf" stadionunda İspaniya və Argentina komandaları arasında keçirilən dünya çempionatının həlledici matçında start heyətində yer alan L.Messi bu uğura imza atıb.
Görüşdə iştirak etdiyi zaman 39 yaş 25 gün olan hücumçu bununla da yeni rekorda imza atıb.
Xatırladaq ki, dünya çempionatları finallarının ən yaşlı iştirakçısı isə İtaliya yığmasının qapıçısı Dino Dsoffdur. O, 1982-ci ildə AFR-ə qarşı keçirilən həlledici qarşılaşmada 40 yaş 133 günlüyündə meydana çıxıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net