Menyu

Lamin Yamal və Pau Kubarsi dünya çempionatlarının tarixinə düşdülər

Operativ Media
Lamin Yamal və Pau Kubarsi dünya çempionatlarının tarixinə düşdülər
1 dəq oxu

İspaniya millisinin futbolçuları Lamin Yamal və Pau Kubarsi dünya çempionatlarının final oyunlarında start heyətində meydana çıxan ən gənc 5 oyunçu sırasına daxil olublar.

​Operativ Media xəbər verir ki, bu barədə "Opta Sports" analitik şirkəti məlumat yayıb. 19 yaşlı futbolçular DÇ-2026-nın həlledici qarşılaşmasında Argentina yığmasına qarşı keçirilən oyunda meydançaya çıxıblar.

​Dünya çempionatlarının finallarında start heyətində daha gənc yaşda yalnız üç futbolçu meydana çıxıb. Belə ki, 1958-ci ildə braziliyalı Pele 17 yaşında, 1982-ci ildə italyan Cüzeppe Berqomi 18 yaşında, 2018-ci ildə isə fransalı Kilian Mbappe 18 yaşında final matçına ilk dəqiqələrdən başlayıb.

Əlaqəli Xəbərlər