Menyu

UEFA klub turnirlərində 3-cü təsnifat mərhələsinin püşkü atılacaq

Operativ Media
UEFA klub turnirlərində 3-cü təsnifat mərhələsinin püşkü atılacaq
1 dəq oxu

Bu gün UEFA-nın Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasında 3-cü təsnifat mərhələsinin püşkatma mərasimi keçiriləcək.

​Operativ Media xəbər verir ki, iyulun 20-də baş tutacaq tədbirdə qeyd olunan turnirlərdə növbəti mərhələnin cütlükləri müəyyənləşəcək. İsveçrənin Nyon şəhərində təşkil olunacaq mərasimdə qitə kuboklarında mübarizəni davam etdirən Azərbaycan klublarının da potensial rəqibləri bəlli olacaq.

​Püşkatma mərasiminin vaxtları da artıq dəqiqləşib. Çempionlar Liqasının tədbiri Bakı vaxtı ilə saat 14:00-da start götürəcək. Daha sonra, saat 15:00-da Avropa Liqasının, saat 16:00-da isə Konfrans Liqasının püşkatma mərasimi başlayacaq.

​Qeyd edək ki, turnirlərin 2-ci təsnifat mərhələsində ölkəmizi Çempionlar Liqasında təmsil edən "Sabah" Finlandiyanın "KuPS" kollektivi ilə qarşılaşacaq. Avropa Liqasındakı təmsilçimiz Ağdamın "Qarabağ" komandası isə Bolqarıstanın ÇSKA klubu ilə qüvvəsini sınayacaq.

​Konfrans Liqasında mübarizə aparan digər iki klubumuzdan "Zirə" Estoniya "Payde"si ilə, "Neftçi" isə Belarusun "Dinamo" (Minsk) komandası ilə üz-üzə gələcək.

Əlaqəli Xəbərlər