"Zirə"nin UEFA Konfrans Liqasındakı potensial rəqibləri müəyyənləşib
Operativ Media
Azərbaycanın "Zirə" futbol klubunun UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsində qarşılaşa biləcəyi 5 potensial rəqib bəlli olub.
Operativ Media xəbər verir ki, qəsəbə təmsilçisi ikinci təsnifat mərhələsində Estoniyanın "Payde" klubunu üstələyəcəyi təqdirdə növbəti raundda cütlüklərin qalibləri ilə qarşılaşacaq.
Komandanın ehtimal olunan rəqibləri arasında "NK Bravo" (Sloveniya) - "Şkendiya" (Şimali Makedoniya), "Santa Koloma" (Andorra) - "Rapid" (Avstriya), "Riyeka" (Xorvatiya) - "Derri Siti" (İrlandiya), "Rakuv" (Polşa) - "Valletta" (Malta) və "Polissiya" (Ukrayna) - "Kopenhagen" (Danimarka) cütlükləri yer alıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net