Menyu

"Neftçi"nin UEFA Konfrans Liqasının 3-cü mərhələsindəki ehtimal olunan rəqibləri bəlli olub

Operativ Media
"Neftçi"nin UEFA Konfrans Liqasının 3-cü mərhələsindəki ehtimal olunan rəqibləri bəlli olub
1 dəq oxu

"Neftçi"nin UEFA Konfrans Liqasının 3-cü üçüncü təsnifat mərhələsində qarşılaşa biləcəyi potensial rəqiblərin siyahısı müəyyənləşib.

​Operativ Media xəbər verir ki, komandanın növbəti raundda qarşılaşa biləcəyi 4 mümkün variant mövcuddur. Potensial rəqiblər sırasına "Jelezniçar" (Serbiya) – "Braqa" (Portuqaliya), "Pakş" (Macarıstan) – "Panatinaikos" (Yunanıstan), "Luqano" (İsveçrə) – "Dukaqjini" (Kosovo) və AEK (Kipr) – "Beytar" (İsrail) cütlüklərinin qalibləri daxildir.

​Qeyd edək ki, sözügedən mərhələnin püşkatma mərasimi bu gün saat 16:00-da başlayacaq. Tədbir "Neftçi TV" kanalı vasitəsilə canlı şəkildə yayımlanacaq.

Əlaqəli Xəbərlər