Menyu

"Qarabağ"ın UEFA Avropa Liqasının 3-cü təsnifat mərhələsindəki potensial rəqibləri müəyyənləşib

Operativ Media
"Qarabağ"ın UEFA Avropa Liqasının 3-cü təsnifat mərhələsindəki potensial rəqibləri müəyyənləşib
1 dəq oxu

"Qarabağ" FK-nın UEFA Avropa Liqasının 3-cü təsnifat mərhələsində qarşılaşa biləcəyi potensial rəqiblər bəlli olub.

​Operativ Media xəbər verir ki, Ağdam təmsilçisinin turnirin bu mərhələsindəki mümkün rəqibləri digər cütlüklərin nəticələrinə əsasən formalaşacaq.

​Məlumata görə, "Köhlən atlılar" "Şerif" (Moldova) - "Makkabi" (Tel-Əviv, İsrail) cütünün qalibi, həmçinin "Şturm" (Qrats, Avstriya) - "Harts" (Şotlandiya) və "Fənərbağça" (Türkiyə) - "Qurnik" (Polşa) qarşılaşmalarının məğlub tərəfləri ilə qarşılaşa bilərlər.

Qeyd edək ki, Qurban Qurbanovun yetirmələri 2-ci təsnifat mərhələsində Bolqarıstanın ÇSKA komandası ilə qarşılaşacaqlar.

Əlaqəli Xəbərlər