Menyu

Fabian Ruis futbol tarixinə düşdü

Operativ Media
Fabian Ruis futbol tarixinə düşdü
1 dəq oxu

Fransanın PSJ klubunun və İspaniya millisinin yarımmüdafiəçisi Fabian Ruis eyni mövsümdə həm Çempionlar Liqasının, həm də dünya çempionatının qalibi olaraq futbol tarixinə düşüb.

​Operativ Media xəbər verir ki, "Opta" statistika portalının yaydığı məlumata görə, 28 yaşlı yarımmüdafiəçi XXI əsrdə hər iki turnirin finalında meydana çıxaraq qızıl medallara sahib çıxan üçüncü oyunçu olub.

​Cari mövsümdə PSJ-nin heyətində "Arsenal"ı (1:1, penaltilərlə 4:3) üstələyərək Çempionlar Liqasını qazanan F.Ruis, İspaniya yığması ilə turnirin həlledici matçında Argentina seçməsini (əsas vaxt 1:1) məğlub edərək dünya çempionu tituluna yiyələnib.

​Qeyd edək ki, XXI əsrdə analoji uğuru daha əvvəl iki futbolçu təkrarlayıb. 2002-ci ildə braziliyalı Roberto Karlos, 2018-ci ildə isə fransalı Rafael Varan "Real Madrid" və milli komandalarının heyətində eyni mövsümdə həm Çempionlar Liqasının, həm də dünya çempionatının qalibi olublar.

Əlaqəli Xəbərlər