Menyu

"Mançester Yunayted" "Tottenhem"in gənc hücumçusu Taynen Tompsonu transfer edib

Operativ Media
"Mançester Yunayted" "Tottenhem"in gənc hücumçusu Taynen Tompsonu transfer edib

​"Mançester Yunayted" London təmsilçisi "Tottenhem"in 18 yaşlı hücumçusu Taynen Tompsonun transferini rəsmiləşdirib.

Operativ Media xəbər verir ki, "qırmızı şeytanlar"ın mətbuat xidməti sol cinah vinqeri ilə müqavilə imzalandığını elan etsə də, müqavilənin detalları barədə məlumat verməyib. "Standard" nəşrinin iddiasına görə, "Mançester Yunayted" bu transfer üçün London klubuna 4,7 milyon avro ödəyib. Müqavilədə bonus şərti də yer alıb ki, bu məbləğin də eyni miqdarda (4,7 milyon avro) ola biləcəyi bildirilir.

​Gənc futbolçu geridə qalan 2025/2026 mövsümündə paytaxt klubunun gənclərdən ibarət komandalarında çıxış edib. O, keçirdiyi 26 qarşılaşmada 13 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

​Qeyd edək ki, "Mançester Yunayted" başa çatan mövsümdə İngiltərə Premyer Liqasını 71 xalla turnir cədvəlinin üçüncü pilləsində başa vurub.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər