Menyu

UEFA Konfrans Liqası: "Zirə"nin 3-cü təsnifat mərhələsindəki potensial rəqibləri müəyyənləşdi

Operativ Media
UEFA Konfrans Liqası: "Zirə"nin 3-cü təsnifat mərhələsindəki potensial rəqibləri müəyyənləşdi
1 dəq oxu

UEFA Konfrans Liqasındakı digər bir təmsilçimiz “Zirə”nin də III təsnifat mərhələsində qarşılaşa biləcəyi mümkün rəqiblər bəlli olub.

Operativ Media xəbər verir ki, ikinci etapda Estoniyanın “Payde” kollektivi ilə görüşəcək “qartallar”, bu sınaqdan uğurla keçərsə, növbəti mərhələdə “Santa-Koloma” (Andorra) - “Rapid Vyana” (Avstriya) cütünün qalibi ilə üzləşəcək.

Qəsəbə təmsilçisinin “Payde” ilə ilk matçı səfərdə baş tutacaq. Oyun iyulun 23-ü saat 20:00-da başlayacaq.

Əlaqəli Xəbərlər