Menyu

"Tottenhem" Premyer Liqa tarixinə düşdü

Operativ Media
"Tottenhem" Premyer Liqa tarixinə düşdü
1 dəq oxu

İngiltərə Premyer Liqası (APL) tarixində ilk dəfə olaraq eyni klubun təmsilçiləri ardıcıl üç Dünya Çempionatının qalibi adını qazanıblar.

​Operativ Media xəbər verir ki, bu tarixi uğur Londonun "Tottenhem" klubuna məxsusdur. ABŞ-nin İst-Raterford şəhərindəki "Metlayf-stediom" arenasında iyulun 19-da keçirilən DÇ-2026-nın finalında İspaniya millisi əlavə vaxtda Argentina seçməsini 1:0 hesabı ilə məğlub edib. İspaniya yığmasının heyətində dünya çempionu olan müdafiəçi Pedro Porro klub səviyyəsində məhz London təmsilçisinin şərəfini qoruyur.

​Qeyd edək ki, "Tottenhem"in digər futbolçuları da son dünya çempionatlarında analoji uğura imza atıblar. Belə ki, DÇ-2022-nin qalibi olan Argentina millisinin heyətində müdafiəçi Kristian Romero, DÇ-2018-də isə Fransa yığması ilə çempionluq sevinci yaşayan qapıçı Uqo Lyoris turnir zamanı London klubunun heyətində çıxış ediblər.

​Xatırladaq ki, bu tarixi nailiyyətə baxmayaraq, "Tottenhem" Premyer Liqanın 2025/2026-cı illər mövsümünü 41 xalla turnir cədvəlinin 17-ci pilləsində başa vurub.

Əlaqəli Xəbərlər