Menyu

"Bavariya" Laymerlə müqaviləni uzatdı

Operativ Media
"Bavariya" Laymerlə müqaviləni uzatdı
1 dəq oxu

Almaniyanın "Bavariya" klubu Avstriya millisinin müdafiəçisi Konrad Laymer ilə müqavilənin müddətini uzadıb.

​Operativ Media xəbər verir ki, bu barədə Münhen təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 29 yaşlı futbolçu ilə bağlanan yeni razılaşma 2029-cu il iyunun 30-dək nəzərdə tutulub.

​Təcrübəli oyunçu 2025/2026 mövsümündə meydana çıxdığı 47 qarşılaşmada 3 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, "Transfermarkt" portalı avstriyalı müdafiəçinin transfer dəyərini 32 milyon avro qiymətləndirir.

​Xatırladaq ki, "Bavariya" ötən mövsümü 89 xalla başa vuraraq Almaniya çempionu adını qazanıb.

Əlaqəli Xəbərlər