Menyu

Mark van Bommel Belçika millisinin baş məşqçisi ola bilər

Operativ Media
Mark van Bommel Belçika millisinin baş məşqçisi ola bilər
1 dəq oxu

Niderland yığmasının sabiq yarımmüdafiəçisi Mark van Bommelin Belçika milli komandasının sükanı arxasına keçəcəyi gözlənilir.

​Operativ Media xəbər verir ki, bu barədə "De Telegraaf" nəşri məlumat yayıb. İddiaya görə, 49 yaşlı mütəxəssis baş məşqçi postuna əsas namizəd hesab olunur.

​Xəbərdə qeyd olunub ki, iyulun 20-də Belçika millisinin baş məşqçisi Rudi Qarsiyanın vəzifəsindən ayrıldığı məlum olub. 62 yaşlı fransalı mütəxəssisin rəhbərliyi altında komanda DÇ-2026-nın dörddəbir finalına yüksəlib və burada turnirin qalibi olan İspaniya yığmasına 1:2 hesabı ilə uduzub.

​M. van Bommelin son iş yeri Belçikanın "Antverpen" klubu olub. O, daha əvvəl "Volfsburq" və PSV-ni çalışdırıb, həmçinin Avstraliya və Səudiyyə Ərəbistanı yığmalarının məşqçilər korpusunda yer alıb.

Əlaqəli Xəbərlər