Menyu

"Turan Tovuz" 34 yaşlı fransalı futbolçu transfer edir?

Əziz Əzizli
"Turan Tovuz" 34 yaşlı fransalı futbolçu transfer edir?

Fransanın "Po" (Pau) klubundan ayrılan təcrübəli futbolçu Steev Bönar karyerasını Azərbaycan Premyer Liqasında davam etdirməyə yaxındır.

Operativ Media xarici mətbuata istinadən xəbər verir ki, 34 yaşlı fransalı yarımmüdafiəçinin "Turan Tovuz" klubuna transfer olunacağı gözlənilir.

Məsələ ilə bağlı Tovuz təmsilçisinin mətbuat xidmətindən saytımızın sorğusuna cavab olaraq bildirilib ki, heyətin gücləndirilməsi istiqamətində işlər və danışıqlar davam edir: "Hər hansı futbolçu ilə rəsmi müqavilə imzalanacağı təqdirdə dərhal rəsmi açıqlama veriləcək".

​Karyerası ərzində əsasən Fransanın aşağı liqa təmsilçilərində çıxış edən Bönar "Beziers" və "Qazelek Ayaçço" klublarının şərəfini qoruyub. Onun son ünvanı isə Fransa Liqa 2-də mübarizə aparan "Po" klubu olub. Bönar bu komandanın heyətində 100-dən çox rəsmi oyunda meydana çıxaraq əsas heyət oyunçularından birinə çevrilib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər