Menyu

Argentina prezidenti Mayli Messiyə milli komandada keçirdiyi illər üçün təşəkkür edib

Əziz Əzizli
Argentina prezidenti Mayli Messiyə milli komandada keçirdiyi illər üçün təşəkkür edib

​Argentina Prezidenti Xavyer Miley milli komandanın hücumçusu Lionel Messiyə illər ərzində ölkə futboluna verdiyi töhfələrə görə minnətdarlığını bildirib.

Operativ Media xəbər verir ki, dövlət başçısı bu barədə "Radio Mitre" telekanalının efirində danışıb. X.Miley 20 ildən artıq müddətdə öz sahəsində zirvədə qalan şəxsin heyranlığa layiq olduğunu vurğulayaraq, Messinin bütün argentinalılara və futbolsevərlərə böyük sevinc bəxş etdiyini qeyd edib.

​Ölkə rəhbəri komandanın 2026-cı il dünya çempionatındakı çıxışını da yüksək qiymətləndirib:

​"Milli komanda üzvlərinə heç kim irad bildirə bilməz, çünki onlar meydanda hər şeylərini qoydular. Final qarşılaşmasının nəticəsi bu futbolçu qrupunun əldə etdiyi böyük uğura kölgə sala bilməz. Görülən nəhəng işə, argentinalıların əhval-ruhiyyəsini yüksəltdiklərinə və heç vaxt təslim olmadıqlarını göstərdiklərinə görə onlara sonsuz minnətdaram".

​Qeyd edək ki, Argentina yığması iyulun 19-da keçirilən 2026-cı il dünya çempionatının final matçında İspaniya seçməsinə əlavə vaxtda 0:1 hesabı ilə məğlub olub.

​Jurnalist Ernan Kastilyonun yaydığı məlumata görə, 39 yaşlı L.Messi komanda yoldaşlarına bu finalın onun milli komandadakı son oyunu olduğunu bildirib. Təcrübəli hücumçu Argentina seçməsinin heyətində keçirdiyi 207 matçda 125 qol vurub və 68 məhsuldar ötürmə müəllifi olub.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər