Menyu

"Bornmut" Aleks Skott üçün "Çelsi"dən gələn 75 milyon avroluq təklifi rədd edib

Əziz Əzizli
"Bornmut" Aleks Skott üçün "Çelsi"dən gələn 75 milyon avroluq təklifi rədd edib
1 dəq oxu

İngiltərənin "Bornmut" klubu yarımmüdafiəçisi Aleks Skottun transferi ilə bağlı "Çelsi"dən daxil olan təxminən 75 milyon avroluq təklifi geri çevirib.

Operativ Media ​xəbər verir ki, BBC-nin yaydığı məlumata görə, "albalılar" komandanın əsas heyət oyunçularından biri olan 22 yaşlı ingilis futbolçunu heyətində saxlamaq niyyətindədir və bu keçidlə bağlı növbəti təkliflərin qəbul edilməyəcəyini qarşı tərəfə bildirib.

​Buna baxmayaraq, İngiltərənin U-21 milli komandasının üzvü ən azı iki ay əvvəl klubun təqdim etdiyi yeni müqavilə şərtlərindən imtina etdiyi üçün vəziyyət mürəkkəb olaraq qalır.

​Cari transfer pəncərəsində yarımmüdafiəçi ilə "Arsenal", "Mançester Yunayted", "Tottenhem" və "Mançester Siti" də maraqlanıb. İyun ayında "Arsenal"ın da futbolçu üçün etdiyi müraciət "Bornmut" tərəfindən rədd olunmuşdu.

​Qeyd edək ki, 2023-cü ilin avqustundan "Bornmut"da çıxış edən A.Skottun klubla mövcud müqaviləsi 2028-ci il iyunun 30-dək nəzərdə tutulub. Yarımmüdafiəçi 2025/2026-cı illər mövsümündə keçirdiyi 39 matçda 4 qol vurub və 1 məhsuldar ötürmə edib. "Transfermarkt" portalı onun transfer dəyərini 50 milyon avro qiymətləndirir.

Əlaqəli Xəbərlər