"Yuventus" "Vest Hem"in müdafiəçisi Todibo ilə maraqlanır
İtaliyanın "Yuventus" klubu "Vest Hem"də çıxış edən fransalı müdafiəçi Jan-Kler Todibonu transfer etmək niyyətindədir.
Operativ Media xəbər verir ki, bu barədə "Gazzetta dello Sport" nəşri məlumat yayıb. İddiaya görə, Turin təmsilçisi 26 yaşlı futbolçunu icarəyə götürməyi planlaşdırır və London klubunun Premyer Liqanı tərk etməsindən sonra bu keçidin reallaşdırılması daha da asanlaşıb.
J.Todibo 2025-ci ildən "Vest Hem"in şərəfini qoruyur və onun mövcud müqaviləsi 2028-ci il iyunun 30-dək nəzərdə tutulub. Fransa milli komandasının sabiq üzvü 2025/2026-cı illər mövsümündə keçirdiyi 25 oyunda 1 məhsuldar ötürmə müəllifi olub.
Karyerası ərzində müdafiəçi, həmçinin "Nitsa", "Barselona", "Benfika", "Şalke" və "Tuluza" klublarında da forma geyinib. "Transfermarkt" portalı onun transfer dəyərini 22 milyon avro qiymətləndirir.