Menyu

"Neftçi"dən ayrılan Ohori Serbiya klubuna keçdi

Əziz Əzizli
"Neftçi"dən ayrılan Ohori Serbiya klubuna keçdi
1 dəq oxu

Serbiyanın Super Liqa təmsilçisi "Radnik Surdulitsa" yaponiyalı mərkəz yarımmüdafiəçisi Ryonosuke Ohorini heyətinə qatıb.

​Operativ Media xəbər verir ki, 25 yaşlı futbolçu ilə 2029-cu ilin iyun ayının sonunadək nəzərdə tutulan 3 illik müqavilə bağlamışdır.

​Bu transferlə R.Ohori "Radnik Surdulitsa" klubunun tarixində çıxış edəcək ilk yaponiyalı futbolçu kimi fərqlənib.

Əsasən mərkəz və hücumameyilli yarımmüdafiəçi mövqelərində oynayan futbolçu Azərbaycanda "Neftçi" və "Kəpəz" klublarında çıxış edib.

Əlaqəli Xəbərlər