Menyu

İspaniya de la Fuenteyə yeni müqavilə təklif edəcək

Operativ Media
İspaniya de la Fuenteyə yeni müqavilə təklif edəcək
1 dəq oxu

İspaniya Futbol Federasiyasının (RFEF) prezidenti Rafael Lousan milli komandanın baş məşqçisi Luis de la Fuente ilə yeni müqavilə üzrə danışıqlara başlamağı planlaşdırır.

​Operativ Media xəbər verir ki, bu barədə "AS" nəşri məlumat yayıb.

​Məlumata görə, federasiya rəhbərliyi mövcud layihənin uğurlarını nəzərə alaraq 65 yaşlı mütəxəssislə əməkdaşlığın uzadılmasını prioritet məsələ hesab edir. R. Lousan yığmanın DÇ-2030-a məhz de la Fuentenin rəhbərliyi altında hazırlaşmalı olduğuna inanır.

​İspaniya komandasını Avro-2024 və DÇ-2026-da çempionluğa daşıyan təcrübəli çalışdırıcının hazırkı müqaviləsi Avro-2028-in sonunadək nəzərdə tutulub. Qurum sözləşməni daha 2 il müddətinə uzatmaqla yanaşı, məşqçinin qazandığı uğurlara uyğun olaraq maliyyə şərtlərini də yaxşılaşdırmağı hədəfləyir.

​Qeyd edək ki, DÇ-2030 İspaniya, Portuqaliya və Mərakeşdə təşkil olunacaq. Turnirin 100 illik yubileyinə həsr edilən üç qarşılaşma isə Uruqvay, Argentina və Paraqvayda keçiriləcək.

Əlaqəli Xəbərlər