Bu həftə rayonlarda hava dəyişkən və fasilələrlə yağıntılı olacaq

Fərrux Qocamanlı
Baxış: 872
Bu həftə rayonlarda hava dəyişkən və fasilələrlə yağıntılı olacaq

Bu həftə ərzində Azərbaycanın rayonlarında hava şəraitinin dəyişkən, fasilələrlə yağıntılı olacağı gözlənilir. Birinci proses aprelin 10-dan 12-si səhərədək, ikinci proses isə 13-dən 14-ü gündüzədək davam edəcək. Əsasən şimal və qərb rayonlarında yağıntıların intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Bu barədə "Operativ Media"ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, qərb küləyi əsəcək, əsasən dağlıq və dağətəyi rayonlarda sürəti aprelin 10-da 15-18 metr/saniyə olacaq, aprelin 13-də isə arabir saniyədə 20-25 metrədək güclənəcək.

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli daşqın keçəcəyi ehtimal edilir.

Digər xəbərlər