İngiltərə millisinin sabiq üzvü həbs edilə bilər
İngiltərə millisinin və bir sıra tanınmış klubların sabiq yarımmüdafiəçisi Raheem Sterling təhlükəli idarəetmə, qadağan olunmuş qaz balonlarının saxlanılması və tibbi müayinədən boyun qaçırması kimi qanun pozuntularına görə iki ilədək azadlıqdan məhrum edilə bilər.
Operativ Media "The Sun" nəşrinə istinadən xəbər verir ki, 31 yaşlı idmançıya qarşı artıq müvafiq maddələrlə rəsmi ittiham irəli sürülüb və o, hazırda azad agent statusundadır.
Karyerası ərzində "Liverpul", "Mançester Siti", "Çelsi", "Arsenal" kimi klubların formasını geyinən oyunçu cari ilin iyul ayının 1-dək Niderland təmsilçisi "Feyenoord"da çıxış edib. "Mançester Siti"nin heyətində dörd dəfə Premyer Liqa çempionluğu yaşayan futbolçu, beş dəfə Liqa Kubokunu və bir dəfə ölkə kubokunu başı üzərinə qaldırıb. O, həmçinin İngiltərə yığmasının tərkibində 2019-cu ildə Millətlər Liqasının bürünc, 2021-ci ildə isə Avropa çempionatının gümüş medalına yiyələnib.
dəqiqələr içində saytın olsun.