Menyu

Narendra Modi Özbəkistana səfər edəcək

Şəfa Hüseynli
Narendra Modi Özbəkistana səfər edəcək
1 dəq oxu

Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə Hindistanın Baş naziri Narendra Modi 29-30 avqust tarixlərində Özbəkistana dövlət səfəri edəcək.

Operativ Media xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Danışıqların gündəliyinə Özbəkistan-Hindistan strateji tərəfdaşlığının inkişaf etdirilməsi və möhkəmləndirilməsi, çoxşaxəli əməkdaşlığın genişləndirilməsi məsələləri daxil olacaq.

Beynəlxalq siyasətin və regional gündəliyin cari məsələləri, eləcə də çoxtərəfli strukturlar çərçivəsində əməkdaşlıq müzakirə olunacaq.

Görüşün sonunda bir sıra ikitərəfli sənədlərin imzalanması planlaşdırılır.

Əlaqəli Xəbərlər