Menyu

Yeni tikilidən mənzil alanlar nələrə diqqət etməlidir?

Operativ Media
Yeni tikilidən mənzil alanlar nələrə diqqət etməlidir?

Yeni tikili binadan mənzil alan vətəndaşlar sonradan əmlaklarına çıxarış almaq üçün ilk növbədə binanın tikintisinə müvafiq icazənin olub-olmadığını yoxlamalıdırlar.

Operativ Media xəbər verir ki, bunu Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Eynullayev APA İnformasiya Agentliyinə və “Xəzər” televiziya kanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, Bakı şəhərində tikinti üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, digər şəhər və rayonlarda isə müvafiq yerli icra hakimiyyəti orqanlarının icazə sənədi olmalıdır.

Mətin Eynullayev qeyd edib ki, binanın həmçinin istismara qəbul edilməsi vacibdir.

Əks halda, həmin binada yerləşən mənzillər üzərində mülkiyyət hüququnun tanınması mümkün olmur.

“Biz vətəndaşlara müraciət edərək bildiririk ki, ilk növbədə bu iki məqama diqqət yetirsinlər”, - deyə o vurğulayıb.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər