Xocalının Ballıca kəndində toy – VİDEO
Operativ Media
1 dəq oxu
Xocalı rayonunun Ballıca kəndində bu gün toy sədaları eşidilir. Kənddə Hüseynovlar ailəsinin böyük sevinc və həyəcanına şahidlik edən toy mərasimi keçirilir. Əmrah və Arzu ailə həyatı qururlar.
Operativ Media Azərtac-a istinadən xəbər verir ki, gənc cütlüyün toy mərasiminin əsas özəlliyi onların ailə həyatına məhz doğma yurdda – Xocalının Ballıca kəndində başlamasıdır.
Vaxtilə insanların məcburi şəkildə tərk etdiyi torpaqlarda bu gün toy sədaları eşidilir, yeni ailələr qurulur, uşaqlar dünyaya gəlir, həyat yenidən canlanır.
Ballıca kəndində keçirilən bu toy təkcə bir ailənin sevincini deyil, həm də doğma torpaqlarda həyatın bərpasını, insanların öz yurdlarına qayıdaraq burada gələcək qurmasını əks etdirir.
Sorğu