Menyu

İranın Ali Lideri bütün müsəlman ölkələrini ABŞ-yə qarşı müqavimət göstərməyə çağırıb

Operativ Media
İranın Ali Lideri bütün müsəlman ölkələrini ABŞ-yə qarşı müqavimət göstərməyə çağırıb

ABŞ və İsraili ümumi düşmən hesab edən bütün müsəlman ölkələri birləşməli və onların planlarına qarşı çıxmalıdırlar.

Operativ Media xəbər verir ki, bu barədə İranın ali rəhbəri Müctəba Xamenei İranda qeyd olunan "Vəhdət həftəsi" münasibətilə yazılı müraciətində bəyan edib.

​"Mənim müsəlman ölkələrinin, xüsusən də Qərbi Asiya və Fars körfəzi regionu dövlətlərinin rəhbərlərinə təkidli və təkrar-təkrar tövsiyəm odur ki, əsl düşmənlərini tanısınlar, onun məkrli planlarını anlasınlar və buna müqavimət göstərsinlər. ABŞ-nin cinayətkar hakimləri və saxta sionist rejim bu birliyin və dostluğun əzəli düşmənləridir", – deyə o, vurğulayıb.

​Xamenei qeyd edib ki, ABŞ və İsrail təkcə İran və onun regiondakı müttəfiqləri ilə deyil, "Qərbi Asiya və Şimali Afrika xalqları da daxil olmaqla" bütün müsəlmanlarla müharibə aparırlar.

​Xamenei iranlılara ünvanlandığı əvvəlki müraciətində isə ölkə əhalisini ABŞ-nin İslam Respublikasına qarşı elan etdiyi iqtisadi müharibənin nəticələrini neytrallaşdırmaq üçün daxili resursları səfərbər etməyə çağırıb.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər