"Liverpul" "Sent-Etyen"in hücumçusunu transfer edir
Operativ Media
İngiltərənin "Liverpul" klubu Fransa təmsilçisi "Sent-Etyen"in 18 yaşlı hücumçusu Jilian Nqessanın keçidi ilə bağlı razılıq əldə edib.
Operativ Media xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Mənbə bildirib ki, gənc fransalı futbolçu 2027-ci ilin yayında Mersisayd təmsilçisinin düşərgəsinə qoşulacaq və artıq oyunçunun özü ilə də razılıq əldə olunub, həmçinin tibbi müayinədən keçməsi üçün icazə alınıb.
Qeyd edək ki, "qırmızılar" gələcək perspektiv nəzərə alınmaqla, "Genk"in 18 yaşlı qapıçısı Luka Bruqmansın da transferini həll ediblər və hər iki oyunçu 2027-ci ilin iyun ayından etibarən klubun sıralarında yer alacaq.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net